Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabyo karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, “Qalatasaray” 29 yaşlı oyunçunun xidmətində maraqlıdır.

Lakin transferin reallaşmasında əsas əngəl Rabyonun yüksək maaş tələbidir. Təcrübəli futbolçu ildə 7-8 milyon avro istəsə də, İstanbul təmsilçisi bu məbləği ödəməyə hazır deyil.