"Fənərbağça" klubu "Göztəpə" ilə oyunda baş verənlərlə əlaqədar 54 nəfəri məhkəməyə verib.
Offsideplus.az xəbər verir ki, Türkiyə klubu bəyanat yayıb:
"Türkiyə Super Liqasının II turunda "Göztəpə" stadionundakı oyunu öncəsi, matç zamanı və sonra yaşanan bütün hadisələr çərçivəsində klubumuz və prezidentimiz tərəfindən 54 nəfər məhkəməyə verilib. Bu cinayət şikayəti çərçivəsində bəzi şübhəlilər məhkəmə nəzarətinə alınsa da, digər şübhəlilərə isə dava açılıb və tədbir görülüb. Məsələ ilə bağlı TFF nəzdində də görüşlər keçirilir və proses nəzarət altındadır".
Qeyd edək ki, "Göztəpə" - "Fənərbağça" qarşılaşmasında "Fənərbağça"nın prezidenti Ali Koç və digər rəsmilər "Göztəpə"yə qarşı oyunda ikinci hissə başlamadan öncə səfər tribunasına gedib. Daha sonra paltardəyişmə otağı tərəfə yollandıqlarında rəqib tərəfdarlar Koça yad maddələr atmağa başlayıb. Bunun ardınca, "Göztəpə" klubu tərəfindən akkreditasiyalı şəxs Koça hücum edərək, onu yerə yıxıb.