"Fənərbağça" argentinalı futbolçuya rəsmi təklif göndərib. Artıq müqavilənin imzalanması gözlənilir.
Offsideplus.az xəbər verir ki, söhbət "Boka Xuniors"un oyunçusu Kristian Medinadan gedir. Gənc ulduzun 22 yaşı olmasına baxmayaraq komandasının heyətində 152 rəsmi oyuna çıxıb. Eyni zamanda argentinalı ölkəsinin U-16, U-17 və U-23 yaş kateqoriyaları üzrə milli komandasının formasını geyinib.
Qeyd edək ki, Medina Paris-2024 Olimpiyadasında "tanqoçular"ın heyətində 4 matçın hər birində şans qazanıb və 90 dəqiqənin sonuna kimi meydanda olub.