Transfer pəncərəsi bitməmiş heyətini gücləndirmək istəyən "Qalatasaray" rəhbərliyi sol cinah müdafiəçisi axtarışlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılılar" üçün nəzərdə tutulan adlardan biri də "Brügge"də çıxış edən Maksim De Kuyper olub.
Belçika klubunun 23 yaşlı futbolçu üçün 16 milyon avro tələb etdiyi və bu tələbdən sonra "Qalatasaray"ın sözügedən transferdən imtina etdiyi bildirilib.
"Qalatasaray" üçün gündəmdə olan digər ad isə "Monako"dan İsmayıl Yakobsdur. Klub rəhbərliyi bu transfer üçün danışıqları davam etdirir.