"Fənərbağça" klubunda ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlər" Joao Pedro ilə vidalaşıb. Futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Fənərbağça" Pedronu 5 milyon avroya transfer etmişdi.