"Beşiktaş" bir futbolçu ilə yolları ayırmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, söhbət Ernest Mucidən gedir. Məlumatı "Fanatik" nəşri yayıb.

Həm Super Kubokun finalında, həm də "Samsunspor"la görüşdə meydana çıxmayan futbolçu özünə yeni komanda axtarır.

Qeyd edək ki, 2023/24 mövsümündə 10 milyon avro qarşılığında heyətə cəlb olunan Muci 17 qarşılaşmada 4 qol vurub.