"Fənərbağça" mərkəzi yarımmüdafiədəki çatışmazlıqları aradan qaldırmaq üçün mühüm bir addım atmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Fredin zədələnməsi ilə yaranan problemləri həll etmək məqsədilə baş məşqçi Joze Mourinyonun rəhbərliyi ilə transfer işləri başlayıb.
"Fənərbağça" məşhur futbolçu Matteo Kovaçiçi heyətinə qatmaq istəyir.
30 yaşlı xorvatiyalı oyunçu həm yarımmüdafiənin mərkəzində, həm də "10 nömrə" kimi çıxış edə bilir. Kovaçiçin "Mançester Siti" ilə 2027-ci ilə qədər müqaviləsi var və onun transferi asan olmayacaq. Buna görə də, "sarı-lacivərtli"lər İngiltərəyə gedərək "Mançester Siti" ilə ətraflı danışıqlara başlayacaq.