"Qalatasaray"ın sol cinah müdafiəçisi Derrik Kön Moskva "Spartak"ının transferi gündəmindən düşmür.
Offsideplus.az xəbər verir ki, Rusiya klubundan ciddi maaş tələb edən və ayrılmaq istəməyən Derrik Könlə bağlı İstanbul təmsilçisi qərar verib.
Baş məşqçi Okan Burukun futbolçunun oyunundan razı qalmadığı üçün rəhbərlikdən yeni sol cinah müdafiəçi transferi istəyib.
Təcrübəli mütəxəssisin tələbi yerinə yetirilərsə, Kön ehtiyat oyunçular skamyasında qalacaq.
"Qalatasaray"ın 3,35 milyon avroya satmaq istədiyi futbolçu ötən mövsüm "sarı-qırmızılar"la 15 matça çıxıb və 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.