"Benfika"nın vingeri David Neres karyerasını Türkiyədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, onun xidmətində "Beşiktaş" maraqlıdır.

27 yaşlı futbolçu 2022-ci ildən portuqaliya klubunda çıxış edir və onun komanda ilə 2027-ci ilin yayına qədər müqaviləsi var.

Braziliyalı bu müddət ərzində 83 oyunda 17 qol vurub və 26 məhsuldar ötürmə ilə yadda qalıb.