"Qalatasaray"ın futbolçusu Kərəm Aktürkoğlu Rusiya klubuna keçməkdən imtina edib.
Offsideplus.az xəbər verir ki, onunla Moskva "Spartak"ı maraqlanıb.
25 yaşlı türkiyəlinin karyerasını "Real Sosyedad"a davam etdirmək ehtimalının olduğu iddia olunur.
Kərəm geridə qalan mövsümdə Super Liqa klubunun heyətində 54 matçda 15 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Onun "cim-bom"la müqaviləsi 2026-cı ilin yayına qədərdir.