"Fənərbağça"nın yarımmüdafiəçisi Fərdi Kadıoğlu karyerasını İtaliyada davam etdirə bilər.

Offsideplus.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, Avropa Çempionatında baxımlı çıxış edən futbolçunu transfer etmək istəyən klubların sayı artıb.

Komandaların adı açıqlanmasa da, İstanbul təmsilçisinin baş məşqçisi Joze Mourinyo rəhbərlikdən Fərdini saxlamağı tələb edib.

24 yaşlı futbolçu geridə qalan mövsümdə 51 matçda 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Yarımmüdafiəçi qitə turnirində də yığmanın heyətində 5 matçda meydana çıxıb.