"Qalatasaray"la möhtəşəm mövsüm keçirən Mauro İkardi gələcəyi ilə bağlı açıqlama verib.
Offsideplus.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, argentinalı ulduz "Qalatasaray"da qalacaqsan?" sualına belə cavab verib:
"Bəli. "Qalatasaray"da qalmağı çox istəyirəm. PSJ dünyanın ən yaxşı klublarından biridir, lakin küçələrdə heç nə hiss etmirdim. Burda möhtəşəm bir münasibət görürəm".
Qeyd edək ki, PSJ-dən icarə əsasında "Qalatasaray"da çıxış edən İkardi cari mövsüm "sarı-qırmızılar"ın heyətində 15 oyun keçirib, 9 qol və 6 assistlə imza atıb.