Türkiyə Super Liqasının 25-ci turunda "Qalatasaray"ın öz meydanında "Kasımpaşa" (1:0) ilə keçirdiyi matçdan sonra meydan sahiblərinin baş məşqçisi Okan Buruk mətbuat konfransında ulduz futbolçu Mauro İkardinin komandada qalıb-qalmayacağı ilə bağlı danışıb.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandada icarə əsasında çıxış edən argentinalı hücumçu ilə davam etmək istədiklərini bildirən mütəxəssis sözügedən məsələ haqda bunları deyib:
"İlk hədəfimiz bu ili tamamlamaqdır. İkardi və Zaniolo ilə birlikdə... Zaniolo bizim oyunçumuzdur. İkardi də "Qalatasaray" üçün çox önəmlidir. Onun burada qalmasını istəyirik. O da bura aid olduğunu hiss edir. Burada olmaqdan çox xoşbəxtdir. Ümid edirəm ki, bizimlə davam edəcək. "Qalatasaray" çempion olsun, daha sonra şərtlər uyğun olarsa... Oradakı şərtlərlə bağlı dəqiq bir açıqlama vermək çətindir, amma mövsümün sonuna doğru bununla bağlı danışıqlar apara bilərik", - deyə çalışdırıcı bildirib.