"Hatayspor"da növbəti ayrılıq gerçəkləşib. 

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Super Liqa təmsilçisi futbolçusu Saba Lobjanidzeni "Fatih Karagümrük"ə icarəyə verib.

28 yaşlı yarımmüdafiəçi cari mövsümün sonuna qədər İstanbul təmsilçisində oynayacaq.

Qeyd edək ki, Hataydakı zəlzələdən sonra yerli komanda iştirakını davam etdirə bilməyəcəyi üçün Super Liqadan çəkildiyini açıqlamışdı. Bu səbəbdən bütün futbolçular fərqli klublara keçməyə məcbur olub.