“Qalatasaray” klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Offsideplus.az Böyük Britaniya mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi “Çelsi”nin ulduz futbolçusu Kristian Pulişiçi transfer etmək üçün hərəkətə keçib. 

"Cim-bom" futbolçunun meneceri ilə danışıqlara başlayıb. “Qalatasaray” menecerdən detalları ətraflı şəkildə müzakirə etmək üçün görüş tələb edib. Bildirilir ki, Pulişiç mövsümün sonunda “Çelsi”dən ayrılmaq istəyir.

Qeyd edək ki, Pulişiç 2019-cu ildə “Çelsi”yə 64 milyon avro qarşılığında keçib. Hazırda onun transfer dəyəri 38 milyon avrodur.