TFF 1-ci Liqasında 38 xalla lider olan "Eyüpspor" klubu gələn mövsüm üçün hazırlıqlarını davam etdirir.
Offsideplus.az "Fanatik"ə istinadən xəbər verir ki, klubun prezidenti Murat Özkaya "Real"ın ulduzu Luka Modriçlə əlaqə saxlayıb. Cari mövsümün sonu "Kral klubu" ilə müqaviləsinin müddəti başa çatacaq 37 yaşlı yarımmüdafiəçiyə "Eyüpspor"un idman layihəsi ilə bağlı ətraflı məlumat verilib.
Xorvatiyalı futbolçunun indi gələn transfer təkliflərini dəyərləndirmədiyi bildirilib.
Qeyd edək ki, Luka Modriç kapitanı olduğu Xorvatiya millisi ilə Dünya Kubokunun bürünc medalını qazanıb.