Türkiyə Super Liqasının 13-cü turunda "Qalatasaray"ın əzəli rəqibi "Beşiktaş"ı 2:1 hesabı ilə məğlub etdiyi oyunda 2 qolla yadda qalan argentinalı hücumçu Mauro İkardinin sözügedən görüşdəki çıxışı klubun məşqçi heyətini qane edib.
Offsideplus.az "Fotomaç"a istinadən xəbər verir ki, baş məşqçi Okan Buruk mövsümün əvvəlində PSJ-dən 1 illik icarə əsasında İstanbul təmsilçisinin heyətinə qatılan ulduz oyunçunun performansından razıdır.
İkardinin Fransa nəhəngi ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatacaq. "Sarı-qırmızılı" klubun rəhbərliyi də bu fürsətdən istifadə edərək 29 yaşlı oyunçunun transfer hüqularına yiyələnmək istəyir. Forvardında İstanbulda ailəsi ilə xoşbəxt olduğu və karyerasını "Qalatasaray"da davam etdirmək istədiyi vurğulanır.
Qeyd edək ki, PSJ 2020-ci ilin yayında 50 milyon avroya İkardini heyətinə qatıb. Argentinalı hücumçunun hazırkı bazar dəyərinin 17,50 milyon avro olduğu bildirilir.