Portuqaliya millisinin sabiq üzvü Rikardu Quarejma Türkiyə Super Liqasına dönməyə hazırlaşır.
Offsideplus.az "Ajanspor"a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu yenidən Türkiyə çempionatında çıxış etmək fikrindədir. Son olaraq Portuqaliyanın "Vitioria de Guimaraes" klubunda oynayan vinger hazırda azad agentdir.
Xəbərə görə, 38 yaşlı oyunçu qış transfer pəncərəsində yenidən Super Liqa təmsilçilərinin biri ilə anlaşmaya ümid edir.
Qeyd edək ki, Quarejma daha öncə Super Liqada - 2010-2013, 2015-2019-cu illərdə "Beşiktaş", 2019-2020-ci ildə isə"Kasımpaşa"da çıxış edib. O, Portuqaliya millisində isə 80 oyun keçirib və 10 qol vurub.