"Fənərbağça" növbəti mövsüm üçün transfer çalışmalarına başlayıb.

 Offsideplus.az "A Spor"a istinadən xəbər verir ki, "sarı-lacivərtlilər" "Espanyol"da çıxış edən 23 yaşlı sol cinah müdafiəçisi Adria Pedrosanı heyətinə qatmaq istəyir. Bir sıra tanınmış klubların da hədəfində olan oyunçunun Barselona təmsilçisi ilə sözləşməsi 2023-də başa çatır.

İspaniya klubu bu keçid üçün İstanbul nəhəngindən 5 milyon avro istəyir.

Qeyd edək ki, Pedrosa bu mövsüm 33 matçda 2 qol və 2 məhsuldar ötürmə edib.