"Qalatasaray" daha bir futbolçu ilə heyətini gücləndirib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Cim-Bom" "Göztəpə"dən Alpaslan Öztürkü transfer edib. 27 yaşlı yarımmüdafiəçi 2024-cü ilədək "Qalatasaray"ın şərəfini qoruyacaq.

Qeyd edək ki, klub daha öncə Aytaç Karanın keçidini açıqlamışdı.