Türkiyə Super Liqasının keçdiyimiz turunda "Sivasspor"la oyunda köməkçi hakimə kəskin etirazına görə, qırmızı vərəqə alaraq meydandan qovulan Arda Turanın cəzası məlum olub.

Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası futbolçunu 16 oyunluq rəsmi görüşlərdən məhrum edib. Bununla belə, Arda 13 000 türk lirəsi məbləğində pul cəzası da alıb.

Qeyd edək ki, oyunçu "Sivasspor"la oyunun 90+4-cü dəqiqəsində köməkçi hakim Ərdinc Sezertama kəskin etiraz etməsi və onu itələməsi səsəbi ilə referi tərəfindən meydandan qovulmuşdu.