Türkiyənin "Qalatasaray" klubu Nigeriya millisinin futbolçusu Əhməd Musa ilə anlaşıb.
Offsideplus.az xəbər verir ki, tərəflər müqavilə şərtləri və bonus məbləğində razılaşıblar.
28 yaşlı hücumçu "sarı-qırmızı" komandaya azad agent qismində keçəcək.
Rusiya MOİK-indəki çıxışları ilə məşhur olan forvard oktyabrın sonlarında Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu ilə sözləşməsini çempionatın səviyyəsi aşağı olduğuna görə pozub.