Mövsümü çempion kimi başa vurmağı hədəfləyən "Beşiktaş" əsas diqqəti heyətin qorunmasına ayırıb.
Rəhbərlik transfer çalışmalarını davam etdirməkdədir. Qarşıda duran əsas hədəf isə hazırda Sergen Yalçının ixtiytarında olan iki legioner - Valentin Rosyerlə Raşid Gezzala sahib çıxmaqdır.
Offsideplus.az xəbər verir ki, "Sportinq"lə "Lester"dən icarəyə götürülən futbolçular "Beşiktaş"da qalmaqda maraqlıdır. Bunun üçünsə İstanbul təmsilçisi onların transfer hüququna sahib olmalıdır. Klub rəhbərliyinin Rosyerin işini həll edə biləcəyi inandırıcı görünsə də, Gezzalı ağ-qara rənglərə bağlamaq çətin olacaq. Çünki "Lester" 2 il əvvəl onu "Monako"dan 13 milyon avroya almışdı.