Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Arda Turan koronavirusa yoluxub.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı təcrübəli yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabından məlumat yayıb. O, noyabrın 16-da test verdiyini və nəticənin müsbət olduğunu yazıb. Turan hazırda xəstəxanada təcrid edildiyini bildirib.