"Fənərbağça" klubunun məşhur futbolçusu Maurisio İsla gələcək karyerası haqda vacib açıqlama verib.
Offsideplus.az xəbər verir ki, çilili oyunçu ölkəsinin mətbuatına açıqlamasında bu mövsümün sonunda "sarı larcivərtlilər"in heyətindən ayrılacağını bildirib.
Cari klubu ilə müqaviləsinin müddətinin bitəcəyini diqqətə çatdıran 31 yaşlı yarımmüdafiəçi ona ən yaxşı təklifi edəcək komandaya gedəcəyini bildirib.
Futbolçu özü isə Argentinanın "Boka Xunyors" klubunda forma geyinmək istədiyini dilə gətirib:
"Cənubi Amerikanın ən yaxşı klublarından biri olan "Boka Xunyors"a getmək istəyirəm. Bir müddət əvvəl Xuan Rikelme mənə zəng etdi və bu barədə söhbətləşdik"
Qeyd edək ki, sözügedən oyunçu 2017-ci ildə "Kalyari"dən "Fənərbağça"ya transfer edilib.