Koronavirusa görə futbolların dayandığı vaxtda "Qalatasaray"ın yeni planları bəlli olur.
Offsideplus.az əbər verir ki, klubun baş məşqçisi Fatih Terim 9 futbolçunun göndərilməsinə qərar verib. Terimin növbəti mövsüm komandadan göndərmək istədiyi futbolçular Babel, Diaqne, Mariano, Şener Özbayraklı, Martin Linnes, Naqatomo və Selcuk İnandır. Sonuncu karyerasını bitirə bilər. Sekidika və Ozornvafor isə icarəyə göndəriləcək.
Qeyd edək ki, Türkiyə Super Liqasında mövsümün 12-13-14 iyundan etibarən başlayacağı bildirilib.