Türkiyə klublarından daha bir məşqləri bərpa edib.
Offsideplus.az xəbər verir ki, "Fənərbağça" futbolçuları 45 günlük fasilədən sonra klubun bazasında toplaşıblar.
Onlar fərqli soyunub-geyinmə otaqlarından yararlanıblar və bir neçəsinin şəxsi maşını ilə təlim-məşq mərkəzinə gəliblər.
Qeyd edək ki, daha əvvəl Superliqa təmsilçilərindən “Beşiktaş”, "Denizlispor", “Göztəpə”, “Kasımpaşa” və “Qaziantep” də məşqlərə başlayıb.