Türkiyənin "Kasımpaşa" klubunun futbolçusu Rikardu Kuarejma müqaviləsi bitdikdən sonra Portuqaliya qayıtmaq istəyir.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı hücumçu "O Jogo"ya müsahibəsində "Portu"suna keçmək istəyini gizlətməyib: "Mən "Portu" formasında yenidən meydana çıxa bilsəydim, xoşbəxt olardım. Bu kluba qayıtmaq istərdim. Müqaviləm mövsümün sonunda başa çatdıqdan sonra sərbəst ola biləcəyəm. Klub rəsmiləri ilə görüşüm olmalıdır. Amma hazırkı vəziyyətdə bu, mümkün deyil".
Qeyd edək ki, "Kasımpaşa" 2019-cu ilin avqustunda Rikardu Kuarejma ilə 1+1 illik müqavilə bağlayıb. Kuarejma zəngin karyerası ərzində həm "Portu" (2004 - 2008, 2014 - 2015), həm də Türkiyənin "Beşiktaş" (2010 - 2012, 2015 - 2019) klubunun formasını iki ayrı-ayrı vaxtda geyinib. O, klub karyerasında ən böyük uğurunu İtaliya "İnter"i ilə 2009/2010 mövsümündə Çempionlar Liqasının, yığmada isə 2016-cı il Avropa çempionatının qalibi kimi əldə edib.