Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqasının bərpa olunma vaxtı bəlli olub.

Offsideplus.az xəbər verir ki, çempionat iyunun 10-da qaldığı yerdən başlaya bilər.

Bu barədə məlumatı "TRT Spor" kanalı yayıb. İnformasiyaya görə, Klublar Komitəsinin sədri Mehmet Sepil aprelin 24-də Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat ÖzdemirSuper Liqa təmsilçilərinin rəhbərliyinin iştirakı ilə keçirilən videokonfransda müzakirə olunan məsələlər barədə danışarkən deyib. Qurum rəsmisi yarışları iyulun 26-dək başa çatdırmaq istədiklərini söyləyib.

Qeyd edək ki, matçların azarkeşsiz keçirilməsi ehtimal olunur.