Türkiyə Super Liqasının XXVI turunda “Qalatasaray” boş tribunlar önündə keçirilən qarşılaşmada “Beşiktaş”la heç-heçə edib - 0:0.

Offsideplus.az xəbər verir ki, “Qalatasaray”ın baş məşqçisi Fatih Terim oyundan sonra verdiyi açıqlamada Türkiyə Futbol Federasiyasına etirazını bildirib: "Futbolçularda tədirginlik var. Paltardəyişmə otağında futbolçular formalarını soyunmurlar. 50 min azarkeşdən məhrum qalmaq, həm də "Beşiktaş" kimi klubla oyunda, asan deyil. Türkiyədə bir çox qurumlar tədbirlərini ləğv ediblər. Futbol, basketbol, həndbol kimi təmas olan oyunlar isə dayanadırılmır. Ən gülməlisi, Tennis federasiyası oyunları təxirə salır. Futbolçulara metr yarım məsafə saxlayın deyək? Burda 850 əməkdaş var, birimizdə çıxarsa (koronavirus), topdaşıyan uşaqlar var. bizim canımız, ailəmiz yoxdur? Allahdan qorxmursunuz? Bu duruma çox üzülürəm".

Qeyd edək ki, bir çox ölkələrdə koronavirus pandemiyası səbəbindən futbol üzrə ölkə çempionatları dayandırılıb.