Yığma komandamızın keçmiş baş məşqçisi Robert Prosineçki karyerasını yenidən Türkiyədə davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, xorvatiyalı mütəxəssis “Kayserispor”a keçib. Tərəfər arasında tam razılıq əldə olunub. Klubun yaxın vaxtarda bununla bağlı rəsmi açıqlama yayacağı bildirilir.
Qeyd edək ki, Prosineçki millimizin baş məşqçi vəzifəsinə namizəd idi. 2012-2013-cü illərdə də Kayseri təmsilçisini çalışdıran 50 yaşlı mütəxəssis 2014-2017-ci illərdə yığmamızın baş məşqçisi olub.