"Qalatasaray" futbolçusu Kostas Mitroğlu ilə yolları ayırıb.
Offsideplus.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, yunan hücumçu PSV-yə icarəyə göndərilib. Hollandiya təmsilçisinin icarə haqqı olaraq "Cim-Bom"a 1 milyon 250 min avro təzminat ödəyəcəyi bildirilib. "Qalatasaray"ın da K.Mitroğluna 1 milyon 950 min avro verəcəyi bildirilib.
Qeyd edək ki, "Marsel"ə məxsus olan 31 yaşlı oyunçunun İstanbul klubu ilə 2020-ci ilin mayına kimi icarə müqaviləsi var idi.