UEFA 2024-2025 mövsümü üzrə klubların maliyyə və kommersiya gəlirlərinə dair rəsmi siyahını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, siyahıda Türkiyənin aparıcı klubları – “Qalatasaray”, “Fənərbağça” da yer alıb.
Açıqlanan siyahıya əsasən, ötən mövsümlə müqayisədə bir pillə geriləyən “Fənərbağça” 19-cu sırada qərarlaşıb. Klubun kommersiya gəlirlərində sabitlik qorunsa da, digər Avropa nəhənglərinin artımı səbəbindən mövqeyində eniş qeydə alınıb.
Bu mövsüm reklam və sponsorluq gəlirlərini artırmaq üçün fəal addımlar atan “Qalatasaray” siyahıda əhəmiyyətli irəliləyişə nail olub. “Sarı-qırmızılılar” ötən illə müqayisədə 3 pillə yüksələrək 13-cü sırada qərarlaşıb.
Siyahının zirvəsində isə ötən mövsümdə olduğu kimi yenə də “Real Madrid” qərarlaşıb. İspaniya nəhəngi lider mövqeyini qoruyaraq Avropanın ən yüksək kommersiya gəliri əldə edən klubu olub.



