“Qalatasaray”ın hücumçusu Viktor Osimhen klubda qalmaqdan məmnundur və ayrılmaq üçün heç bir təcili ehtiyac hiss etmir.
Offsideplus.az xəbər verir ki, nigeriyalı ulduz futbolçunun “Qalatasaray”ı sevdiyi bildirilir.
Buna baxmayaraq, yay transfer pəncərəsi ərəfəsində bir neçə top Avropa klubunun Osimhenlə maraqlanacağı gözlənilir. Hazırda onunla bağlı irəliləmiş danışıqlar və ya konkret transfer müzakirələri yoxdur.
Məlumata görə, Osimhenin mümkün transferi tamamilə futbolçunun qərarından asılı olacaq və onun adı yayda izlənəcək əsas futbolçulardan biri kimi qeyd edilir.



