“Fənərbağça” transfer çalışmalarını sürətləndirib.

Offsideplus.az xəbər verir ki, sarı-lacivərdlilər Ademola Lukman ilə şəxsi müqavilə şərtləri üzrə razılıq əldə edib.

Məlumata görə, İstanbul təmsilçisinin rəhbərliyi transfer məbləği ilə bağlı danışıqlar aparmaq üçün gələn həftə Berqamoya yollanaraq “Atalanta” ilə birbaşa görüşlər keçirməyi planlaşdırır.

Transferin reallaşması tərəflərin futbolçunun qiymətləndirilməsi məsələsində ortaq nöqtə tapmasından asılı olacaq. Danışıqların gedişi yaxın günlərdə Lukmanın gələcəyi ilə bağlı həlledici ola bilər.