Dubayda bədii gimnastika üzrə beynəlxalq yarışlar yekunlaşıb.
Offsideplus.az xəbər verir ki. Su İdmanı Sarayının gənc gimnastlardan ibarət komandası da bu yarışlarda bacarığını nümayiş etdirib. Onlar çıxışlarını uğurla başa vurublar.
Belə ki, gimnastlarımız ümumilikdə 20 medal qazanaraq yüksək nəticə göstəriblər. Komanda 17 qızıl, 3 gümüş medal əldə edib.