“Beşiktaş” klubunun kollektivi növbəti dəfə koronavirus testindən keçirilib.

Offsideplus.az xəbər verir ki, futbolçu və məşqçi heyətindən, eləcə də bazada çalışanlardan çərşənbə günü götürülən testlərin nəticəsi bu gün açıqlanıb.

Bütün testlərin nəticəsi mənfi çıxıb. Bu üzdən də İstanbul təmsilçisi öncədən planlaşdırılmış məşq proqramına uyğun hazırlığını davam etdirir.