Joze Mourinyonun Rusiya klublarından tələbləri bəlli olub. 

Offsideplus.az "Championat" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis illik 20 milyon avro məvacib tələb edir. Müqavilənin müddəti 2 illik imzalanmalıdır. 

Qeyd edək ki, Joze Mourinyonun son klubu "Fənərbağça"dakı məvacibi illik 15 milyon avro olub. O, bu klubda 2024-cü ilin yayından çalışırdı və "sarı-lacivərtlər avqustun 29-da Mourinyo ilə yollarını ayırdığını açıqlayıb.