Bildiyiniz kimi, AFFA Stanislav Çerçesovla danışıqlar aparır.
"Offsideplus.az" xəbər verir ki, rusiyalı mütəxəssis milli komandamızı çalışdırmağa namizəddi. 60 yaşlı məşqçinin daha bir "müştəri"si çıxıb. Söhbət Rusiya Premyer Liqasında çıxış edən "Soçi"dən gedir.
Komanda hazırda 10 xalla sonuncu pillədə qərarlaşıb. Dünən Toçilini istefaya göndərən rəhbərlik yeni baş məşqçi axtarışındadır. Soçililər elitanı tərk etmək riski olan komandanı bu durumdan Çerçesovun çıxaracağına ümid edirlər. Rəhbərlik artıq onunla ilkin təmasa keçib.