"Şaxtyor" (Donetsk) klubu FIFA-dan Avropa Komissiyasına şikayət edib.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun baş direktoru Sergey Palkin açıqlamasında bildirib.
Ukraynada Rusiyaya qarşı müharibə başlandıqdan sonra əcnəbi oyunçular və məşqçilərin klublarla müqavilələrini ləğv edərək, azad agent kimi ayrılıblar. "Şaxtyor" rəsmisi isə hesab edir ki, FIFA-nın qərarı ədalətli oyun prinsipinə ziddir.
Bu, klubun əsas gəlirinin təxminən 40 milyon avro azalmasına səbəb olub.