Son Rusiya çempionu "Zenit" klubu kapitanı Branislav İvanoviçlə yollarını ayırıb.

Offsideplus.az xəbər verir ki, komanda 36 yaşlı müdafiəçinin də istəyi ilə onun başa çatan müqaviləsini yeniləməyib.

Qeyd edək ki, 2017-ci ildə "Çelsi"dən "Zenit"ə keçən İvanoviç bu mövsüm 25 matça çıxaraq 4 qol ötürməsi ilə yadda qalıb.