"Zenit" yeni mövsümdə heyətini müdafiəçi ilə gücləndirmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, Rusiya təmsilçisi "Yuventus"un üzvü Daniel Ruqani ilə maraqlanır.
Məlumatı "Tuttomercatweb" nəşri yayıb. Xəbərə görə, Sankt-Peterburq təmsilçisi 26 yaşlı müdafiəçiyə 3 illik müqavilə və 2.5 milyon avro maaş təklif edib.
Qeyd edək ki, Ruqaninin koronavirus testi müsbət çıxıb və hazırda karantindədir.