Premyer Liqanın XVII turu çərçivəsində "Tottenhem" "Liverpul"u qəbul edib.

Offsideplus.az xəbər verir ki, qapılara 9 qolun vurulduğu oyunda qonaqlar "3-6" hesabı ilə qalib gəlib.

Qarşılaşmada hesabı 23-cü dəqiqədə Luis Diaz açıb. 36-cı dəqiqədə Mak Allister fərqi iki topa yüksəldib. 41-ci dəqiqədə meydan sahibləri 1 qolun əvəzini çıxıbsalar da ilk hissəyə əlavə edilmiş vaxtda Dominik təkrar iki topluq fərqi bərpa edib. 54-cü və 61-ci dəqiqələrdə Mohamed Salah "dubl" edib. 72-ci dəqiqədə Kuluşevski komandasının 2-ci qolunu vurmağı bacarıb. 83-cü dəqiqədə Solanke qonaqların qapısına üçüncü dəfə yol tapa bilib. Lakin "Tottenhem"in bundan artığına gücü çatmayıb. Əvəzində Luis Diaz 85-də özünün ikinci, "qırmızılar"ın isə 9-cu qolunu vurub.