Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva İtaliyanın Friuli Venesiya Culiya bölgəsində keçirilən Avropa Gəncləri Qış Olimpiya Festivalında növbəti çıxışını edib.

Offsideplus.az xəbər verir ki, idmançı sərbəst proqramda 116.38 xal toplayaraq, 15-ci yeri tutub.

Qeyd edək ki, Səbinə Əliyeva daha öncə qısa proqram üzrə 30 ölkənin iştirakçı arasında 45.27 xal toplayaraq 10-cu yerə sahib olub.