Qadınlararası Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi bu gün Türkiyə yığması ilə üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, B Liqasının I qrupunda yer alan millimiz üçüncü matçında məğlub olub. “Ərzincan 13 Şubat” stadionunda təşkil olunan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə komandasının heyətində qolu 43-cü dəqiqədə penaltidən Ebru Topçu vurub.
Bu nəticədən sonra Türkiyə yığması xallarının sayını 6-ya yüksəldib. Azərbaycan millisinin isə hesabında 1 xal var.

Qeyd edək ki, bu komandalar qrup mərhələsinin IV turu çərçivəsində iyunun 4-də, saat 19:00-da “Liv Bona Dea Arena”da qarşılaşacaqlar.