"Portu"nun baş məşqçisi Françesko Farioli "Çelsi"sinə mümkün transferi ilə bağlı yayılan xəbərləri şərh edib.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "X"də yazıb.

Farioli mövzu ilə bağlı bunları deyib:

"Mən "Porto"da qalıram, bu dəqiqdir. Buna heç bir şübhəm yoxdur və olmayıb. Prosesin ortasında ayrılmaq mənim üçün heç vaxt müzakirə mövzusu olmayıb. Mən kluba tam sadiqəm".

Qeyd edək ki, Farioli 2025-ci ilin yayından etibarən “Porto”nu çalışdırır. Mütəxəssisin Portuqaliya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-na kimi nəzərdə tutulub.