İngiltərənin “Liverpul” klubu son aylarda Kenan Yıldızın çıxışını diqqətlə izləyir.

Offsideplus.az xəbər verir ki, məlumata görə, “qırmızılar” futbolçunun durumu ilə bağlı bu həftə rəsmi sorğular da ünvanlayıblar və oyunçuya maraqları ciddi xarakter daşıyır.

Gənc hücumçuya təkcə “Liverpul” deyil, həm də “Arsenal” böyük maraq göstərir. Hər iki klub Yıldızı potensial transfer hədəfi kimi dəyərləndirir.

Xatırladaq ki, Kenan Yıldız gənc yaşına baxmayaraq Avropada diqqət çəkən istedadlardan biri hesab olunur və yaxın aylarda onun gələcəyi ilə bağlı danışıqların intensivləşəcəyi gözlənilir.