"Mançester Siti" klubu Antuan Semenyonun transferi üçün gün sayır.
Offsideplus.az xəbər verir ki, "şəhərlilər"in və "Bornmut"un rəhbərliyi bu həftə keçidi bitirmək üçün bir araya gələcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
MS Semenyo ilə şəxsi məsələlərdə razılığa gəlib. Klub bu keçidin baş tutacağından əmindir.
Qanalı futbolçu cari mövsüm Premyer Liqada 16 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə edib.



