"Arsenal" rəhbərliyi "Milan"ın sol cinah müdafiəçisi Davide Bartesagi ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, "Milan" futbolçunu təxminən 45 milyon avroya qiymətləndirir və yanvar ayında satmaq fikrində deyil.

"Barselona", "Real Madrid" , "Bayern Münhen" və "Mançester Siti" də gənc italiyalı müdafiəçi ilə maraqlanan klublar arasındadır.

Bartesagi hazırda İtaliya U-21 millisində çıxış edir və Serie A-da parlaq oyunlar sərgiləyir.