"Mançester Siti" Savinyonun müqavilə müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu ilə sözləşmə 2031-ci ilin yayına qədər artırılıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Savinyo bu yay "Tottenhem"ə keçməyə yaxın olsa da, sonda klubunda qalmışdı.
O, cari mövsüm 6 oyunda 1 qol vurmağı bacarıb.



